Modern.az

Şuşakəndin sakinlərinə yeni mənzillərin açarları təqdim edildi - FOTO 

Şuşakəndin sakinlərinə yeni mənzillərin açarları təqdim edildi - FOTO 

Qarabağ

14 Oktyabr 2025, 15:34

Oktyabrın 14-də Xocalı rayonunun Şuşakənd kəndində növbəti köç mərhələsi həyata keçirilib. Bu mərhələdə kəndə 27 ailə, 116 nəfər köçürülüb və onlara mənzillərin açarları təqdim olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, açarların təqdimat mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov vurğulayıb ki, sakinlərin rahat yaşayışı və məşğulluğunun təmin olunması dövlətin əsas prioritetlərindəndir və vətəndaşların işlə təminat məsələsi aidiyyatı dövlət qurumlarının nəzarətindədir.

Xatırladaq ki, bundan əvvəlki mərhələlərdə Şuşakənd kəndinə 15 ailə köçürülüb. Beləliklə, indiyədək kənddə ümumilikdə 42 ailə məskunlaşdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin tüstüləndi - NATO bu raketləri Ukraynaya göndərir