Gələn il dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərə nə qədər vəsaitin ayrılacağı məlum olub.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2026-cı il üzrə büdcə zərfi layihəsində qeyd olunub.
“İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 2026-cı ilin dövlət büdcəsində 3500,0 milyon manat məbləğində vəsait nəzərdə tutulmuşdur”, - deyə büdcə zərfi layihəsində bildirilib