Modern.az

Füzulidə "Qarğabazar Karvansarayı" bərpa ediləcək

Füzulidə "Qarğabazar Karvansarayı" bərpa ediləcək

Qarabağ

27 Oktyabr 2025, 14:44

Füzuli rayonunun Qarğabazar kəndində yerləşən karvansarayın bərpa işlərinə başlanılır.

Modern.az xəbər verir ki, Karvansaray bərpa ediləcək və ərazisi abadlaşdırılacaq.

Bu istiqamətdə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı addımlar atılır.

Layihənin 314 706 manata başa gələcəyi ehtimal olunur.

Qeyd edək ki, "Qarğabazar Karvansarayı" 1681-ci ildə inşa edilib. Memarı məlum olmayan bu tarixi abidəyə bəzən “Şah Abbas karvansarayı” da deyirlər. (Mənbə APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?