Modern.az

Mənzillərin açarları Xıdırlıya köçənlərə təqdim olundu

Mənzillərin açarları Xıdırlıya köçənlərə təqdim olundu

Qarabağ

15 Noyabr 2025, 13:55

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı davam edir. Noyabrın 15-də yola salınan növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.

Modern.az xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndində 219 nəfərdən ibarət 50 ailəyə mənzillərin açarları təqdim olunub.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Sizə yeni x var
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!