Modern.az

Bu il Ağdərə və Xocalıya qayıdan köçkünlər - SAY AÇIQLANDI

Bu il Ağdərə və Xocalıya qayıdan köçkünlər - SAY AÇIQLANDI

Qarabağ

21 Noyabr 2025, 12:30

2025-ci ildə Ağdərə və Xocalıya 1206 ailə, ümumilikdə isə 4685 nəfər köçürülüb. 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Böyük Qayıdış proqramı çərçivəsində bu günə qədər:

Ağdərə rayonu üzrə:

Ümumilikdə 527 ailə (1914 nəfər) doğma torpaqlarına qayıdıb.
Köçürülmə aşağıdakı yaşayış məntəqələrinə həyata keçirilib:

Həsənriz kəndi – 205 ailə, 764 nəfər

Talış kəndi – 20 ailə, 95 nəfər

Suqovuşan kəndi – 180 ailə, 592 nəfər

Kolatağ kəndi – 26 ailə, 89 nəfər

Vəngli kəndi – 96 ailə, 374 nəfər


Xocalı rayonu üzrə:

Ümumilikdə 679 ailə (2771 nəfər) məskunlaşdırılıb.
Köçürülən ailələr aşağıdakı yaşayış məntəqələrinə yerləşdirilib:

Xocalı şəhəri – 85 ailə, 341 nəfər

Ballıca kəndi – 228 ailə, 1016 nəfər

Təzəbinə kəndi – 112 ailə, 495 nəfər

Xanyurdu kəndi – 99 ailə, 340 nəfər

Şuşakənd kəndi – 61 ailə, 230 nəfər

Seyidbəyli kəndi – 27 ailə, 91 nəfər

Daşbulaq kəndi – 30 ailə, 122 nəfər

Badara kəndi – 36 ailə, 136 nəfər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə