Modern.az

İl sonuna kimi daha 20 ailə Laçına köçürüləcək

İl sonuna kimi daha 20 ailə Laçına köçürüləcək

Qarabağ

19 Noyabr 2025, 14:28

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində 2025-ci ildə Laçın rayonunda daimi məskunlaşma prosesi davam etdirilib.

Bunu Modern.az-a Laçın xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev bildirib.

O qeyd edib ki, cari ilin may ayının 27-də cənab Prezident İlham Əliyev Laçın rayonunun yenidən inşa edilmiş Bəylik kəndinin açılışında iştirak edib və sakinlərə evlərin açarlarını təqdim edib. Bu mərhələdə kəndə 89 ailə - 363 nəfər köçürülüb.

"Sentyabrın 23-də həyata keçirilən növbəti köçürmə ilə Laçın şəhərinə 20 ailə – 86 nəfərin daimi məskunlaşması təmin edilib. Bu köçürmələrlə birlikdə, hazırkı dövrədək Laçın şəhərində 591 ailə – 2177 nəfər, ümumilikdə isə Laçın rayonunda 956 ailə – 3587 nəfərin daimi məskunlaşması təmin olunub.

Məskunlaşma prosesi mərhələli şəkildə davam edir və il sonunadək daha 20 ailənin Laçın şəhərinə köçürülməsi planlaşdırılır” - deyə bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu