Modern.az

İl sonuna kimi Laçına yeni köç olacaq

İl sonuna kimi Laçına yeni köç olacaq

Qarabağ

19 Noyabr 2025, 14:28

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Laçın rayonunda daimi məskunlaşma prosesi 2025-ci ildə davam etdirilib.

Bunu Modern.az-a Laçın xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev bildirib.

“Cari ilin may ayının 27-də cənab Prezident İlham Əliyev Laçın rayonunun yenidən inşa edilmiş Bəylik kəndinin açılışında iştirak edib və sakinlərə evlərin açarlarını təqdim edib. Bu mərhələdə kəndə 89 ailə – 363 nəfər köçürülüb.

Sentyabrın 23-də həyata keçirilən növbəti köçürmə ilə Laçın şəhərinə 20 ailə – 86 nəfərin daimi məskunlaşması təmin edilib. Məskunlaşma prosesi mərhələli şəkildə davam edir və il sonunadək Laçın şəhərinə növbəti köçün olacağı planlaşdırılır. 

Ümumilikdə, işğaldan azad edilmiş torpaqlarda 6 şəhər, 2 qəsəbə, 22 kəndə qayıdan əhalinin ümumi sayı 62 min nəfərdən çoxdur”, - H.Quliyev deyib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə