Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb.
Modern.az xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndinə 15 ailə, 73 nəfər köçürülür.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.