Modern.az

Xıdırlıya köçənlərə mənzillərin açarları təqdim olundu

Xıdırlıya köçənlərə mənzillərin açarları təqdim olundu

Qarabağ

19 Noyabr 2025, 15:04

Noyabrın 19-da Ağdam rayonunun Xıdırlı kəndinə köç karvanı yola salınıb.

Modern.az xəbər verir ki, Ağdamın Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xıdırlı kəndinə 73 nəfərdən ibarət 15 ailə köçürülüb. Köçürülən ailələrə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu