Növbəti köç karvanı Xocavəndin Hadrut qəsəbəsinə çatıb.
Noyabrın 20-də doğma yurduna yola salınan köç karvanı Hadrut qəsəbəsinə çatıb.
Modern.az xəbər verir ki, bu mərhələdə Hadrut qəsəbəsinə köçürülən 63 nəfərdən ibarət 17 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.