Modern.az

Kəlbəcərin Zar kəndinə də köç olacaq

Kəlbəcərin Zar kəndinə də köç olacaq

Qarabağ

25 Noyabr 2025, 17:51

Gələn ilin sonuna qədər Kəlbəcərin Zar kəndinə sakinlərin köçürülməsi planlaşdırılır.

Modern.az xəbər verir ki, bunu Kəlbəcərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Şəhər Günü münasibətilə təşkil olunan konsert proqramı öncəsi çıxışında deyib.

Onun sözlərinə görə, kənddə artıq tikintiyə başlanılıb.

“Kəlbəcərə özəl investisiyanın cəlb olunması istiqanətində müvafiq addımlar atılır. Ticarət və çoxfunksiyalı zonaların yaradılması üzrə irəli sürülən təşəbbüslərə aidiyyəti qurumlarla baxılmaqdadır. Bir neçə layihə icra prosesindədir. Ərazidə əhalinin ilkin istehlak təlabatını ödəmək üçün modul tipli sahibkarlıq obyektləri qurulub”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır