Modern.az

Böyük Qayıdış: Daha 177 nəfərin Zəngilan həsrəti sona çatdı

Böyük Qayıdış: Daha 177 nəfərin Zəngilan həsrəti sona çatdı

Qarabağ

28 Noyabr 2025, 07:15

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Modern.az xəbər verir ki, bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 33 ailə - 177 nəfər köçürülüb.

Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı