Modern.az

Xankəndidə nə qədər obyekt işləyir? - RƏSMİ CAVAB

Xankəndidə nə qədər obyekt işləyir? - RƏSMİ CAVAB

Qarabağ

28 Noyabr 2025, 15:16

Milli Məclisin plenar iclasında Zahid Orucun Xankəndidə fəaliyyət göstərən 7000-dən çox obyektin vergidən azad olması ilə bağlı səsləndirdiyi məsələ şəhərə diqqəti yenidən artırıb.

Xankəndi işğaldan azad edildikdən sonra Qarabağın əsas şəhərlərindən biri kimi burada əvvəllər də mövcud olan obyektlərin hazırkı təyinatı ictimai maraq doğurur.

Modern.az-ın sorğusuna cavab olaraq Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarətmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Xankəndidə 2098 obyekt var. Hazırda şəhərdə 367 obyekt fəaliyyət göstərir. 

Onlardan  81-i kafe, restoran, 4-ü dönər evi, 22-si otel, mehmanxana,  72-si  market, mağaza, 6-sı aptek, 23-ü bərbərxana, gözəllik salonu, 3-ü dərzi, 2-si mobil operator, 3-ü playstation oyun salonu, 2-si camaşırxana, 22-si istehsalat sahəsi, 4-ü çörək istehsal sahəsi , 12-si avtoservis, 6-sı avtoyuma, 1-i YDM,  4-ü avtoehtiyat hissələri mağazası, 3-ü yükdaşıma, 33-ü ofis, 64-ü həyat təminedici sahələrdir.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK OLAYLAR! Ukraynada ara qarışdı - Zelenskinin adamı "vuruldu"