Modern.az

Həsənriz kəndinə daha 10 ailə köçürüldü

Həsənriz kəndinə daha 10 ailə köçürüldü

Qarabağ

22 Dekabr 2025, 11:48

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə köç davam etdirilir.

Modern.az xəbər verir ki, bu mərhələdə Ağdərə rayonunun Həsənriz kəndinə 10 ailə - 54 nəfər köçürülür. Köç karvanı Tərtər rayonundan yola salınıb.

Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır