Modern.az

Xocalı və Ağdərənin kəndlərinə 176 nəfər qayıtdı - GÖRÜNTÜLƏR

Xocalı və Ağdərənin kəndlərinə 176 nəfər qayıtdı - GÖRÜNTÜLƏR

Qarabağ

22 Dekabr 2025, 14:16

Uzun illərdən sonra doğma torpaqlara qayıdış prosesi davam edir. Növbəti köç Xocalının və Ağdərənin kəndlərinə oldu.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, dekabrın 22-də Xocalının Badara kəndinə 66 nəfərdən ibarət 15 ailə, Daşbulaq kəndinə 11 nəfərdən ibarət 4 ailə, Ağdərənin Həsənriz kəndinə 54, Kolatağ kəndinə 31, Vəngli kəndinə isə 14 nəfər qayıdıb.

Sakinlər doğma yurdlarında qarşılandıqdan sonra, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev onlara açarları təqdim edib.

O, bildirib ki, bu gün təqdim olunan açarlar, təkcə evlərin deyil, illərdir gözlənilən qayıdışın rəmzidir. Qayıdış, həm də tarixi ədalətin bərpasıdır.

M. Əfəndiyevin sözlərinə görə, dövlət bütün imkanları ilə sakinlərin yanındadır və bu torpaqlarda rahat, təhlükəsiz yaşayış üçün bütün zəruri infrastruktur yaradılıb.

Yaşayış evləri bərpa olunub, elektrik, qaz, içməli su, yol və rabitə xətləri istifadəyə verilib. Köçən ailələrin məşğulluq məsələsi isə daim diqqət mərkəzindədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır