Modern.az

Vəngli kəndinə daha 44 nəfər köçdü - FOTO

Vəngli kəndinə daha 44 nəfər köçdü - FOTO

Qarabağ

27 Dekabr 2025, 14:03

Dekabrın 27-də Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç prosesi həyata keçirilib.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, bu mərhələdə kəndə 10 ailə olmaqla ümumilikdə 44 nəfər köçürülüb.

Kəndə çatan sakinlər qarşılandıqdan sonra onlara Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları tərəfindən yeni bərpa olunmuş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Qeyd edək ki, Vəngli kəndində bərpa və yenidənqurma işləri mərhələli şəkildə aparılır, sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün zəruri infrastruktur yaradılıb.

Köç prosesinin növbəti mərhələlərdə də davam etdirilməsi nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi