Modern.az

Qatarlar Xocalıda DAYANACAQ

Qatarlar Xocalıda DAYANACAQ

Qarabağ

6 Yanvar 2026, 14:14

Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Kompleksin sahəsi 6,4 hektar təşkil edəcək. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Qurumdan bildirilib ki, Ağdam-Xankəndi dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 81%-i, tikinti-quraşdırma işlərinin 29%-i yerinə yetirilib. Bundan əlavə, layihə çərçivəsində 3 stansiya (Əsgəran və Xocalı stansiyaları, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi) və 124 ədəd mühəndis qurğusunun inşası nəzərdə tutulur.

Qeyd edilib ki, tikinti işlərinin 2026-cı ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır