Modern.az

Sabah Ağdərənin 4 kəndinə ilk dəfə köç olacaq

Sabah Ağdərənin 4 kəndinə ilk dəfə köç olacaq

Qarabağ

8 Yanvar 2026, 16:44

9 yanvar tarixində Ağdərə rayonunun Çıldıran, Oratağ, Heyvalı və Çapar kəndlərinə ilk köç həyata keçiriləcək.

Bu barədə Modern.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat verib. Bildirilib ki, köç prosesi dövlət proqramlarına uyğun şəkildə, mərhələli və təşkilatlanmış formada aparılacaq.

Bildirilib ki, Ağdərə rayonunun Çıldıran, Oratağ, Heyvalı və Çapar kəndlərinə həyata keçiriləcək bu köç “Böyük Qayıdış” proqramı çərçivəsində baş tutacaq. Proqramın əsas məqsədi uzun illər məcburi köçkün həyatı yaşamış vətəndaşların doğma torpaqlara təhlükəsiz, mərhələli və dayanıqlı şəkildə qayıdışını təmin etməkdir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Naxçıvanı vurdu - Gündəm Masada