Modern.az

Vətən Müharibəsi ilə Quran ayələri arasında MİSTİK ƏLAQƏ

Vətən Müharibəsi ilə Quran ayələri arasında MİSTİK ƏLAQƏ

Qarabağ

4 Fevral 2026, 13:02

Azərbaycanın Vətən Müharibəsində qazandığı zəfərlə Quran ayələri arasında mistik əlaqə tapılıb. 

Modern.az xəbər verir ki, erməni işğalı altında olmuş Ağdam Cümə Məscidinin girişində yazılmış Quran ayələri müasir reallıq, 44 günlük müharibəsi və fevralın 5-də ölkəmizə qarşı çoxsaylı ağır cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin məhkəmə prosesində gözlənilən qərarla tam səsləşir. 

Ağdam Cümə məscidinin girişində "Quran-i-KərimÜdən aşağıdakı ayələr həkk olunub:

48-ci surə, 1-cu ayə: Həqiqətən, Biz sənə açıq-aydın bir qələbə bəxş etdik.

15-ci surə, 92-93-cü ayələr: “Rəbbinə and olsun ki, Biz onların hamısından etdikləri əməllər barəsində mütləq sorğu-sual edəcəyik.”

Xatırladaq ki, Ağdam Cümə məscidi Kərbəlayi Səfixan Qarabağı adlı memar tərəfindən 1868–1870-ci illərdə tikilmişdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!