Modern.az

Ağdam şəhərinə böyük köç - Daha 346 nəfərin vətən həsrəti sona çatdı

Ağdam şəhərinə böyük köç - Daha 346 nəfərin vətən həsrəti sona çatdı

Qarabağ

Bu gün, 09:00

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Modern.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 90 ailə - 346 nəfər köçürülüb.

Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

 

Sizə yeni x var
Keçid et
Kürd silahlıları güneyə girdi - İsrail və ABŞ-dən dəstək gəldi