Modern.az

Minaya düşən şəxsin ayağı amputasiya olundu - YENİLƏNİB

Minaya düşən şəxsin ayağı amputasiya olundu - YENİLƏNİB

Qarabağ

Bu gün, 14:56

İşğaldan azad edilmiş Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində 2026-cı il 26 mart tarixində mina hadisəsi baş verib.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıblar.

1985-ci il təvəllüdlü Ağdam rayonu Yusifcanlı kənd sakini Abbasov Ceyhun Firdovsi oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!" - məlumatda qeyd olunub.

 

***

14:14

Ağdamda 41 yaşlı Yusifcanlı kənd sakini Abbasov Ceyhun Firdovsi oğlu minaya düşüb.

Modern.az xəbər verir ki, hadisə rayonun işğaldan azad olunmuş Yüsifcanlı kəndi ərazisində baş verib.

Hazırda ANAMA əməkdaşları minaya düşərək xəsarət alan şəxsin ərazidən çıxarılması üçün hadisə yerinə gedir.

Faktla bağlı araşdırma aparılıb.

Sizə yeni x var
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV