Modern.az

Azad olunan 1 şəhər, 1 qəsəbə və 5 kəndə pul ayrıldı

Azad olunan 1 şəhər, 1 qəsəbə və 5 kəndə pul ayrıldı

Qarabağ

Bu gün, 17:49

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi tərəfindən satınalma həyata keçirilib.

Modern.az xəbər verir ki, satınalma Xocavənd rayonunun Xocavənd şəhəri, Hadrut qəsəbəsi, eləcə də Sos, Tağaverd, Qüzeyxırman, Xanoba və Qırmızıbazar kəndlərində aparılan təmir işlərinə müəllif nəzarəti xidmətinin göstərilməsi ilə bağlıdır.

Məlumata görə, bu məqsədlə “ERA DESIGN GROUP” MMC ilə 177 052,06 AZN dəyərində müqavilə bağlanıb. Satınalma bir mənbə üsulu ilə həyata keçirilib.

Sənədə əsasən, xidmətin icrasına 6 aprel 2026-cı il tarixindən başlanılıb və 3 oktyabr 2026-cı il tarixinədək davam edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə olmayacaq! - İsrail İranla razılaşdı - Gündəm Masada