Modern.az

İsa Qəmbər Milli Strateji Düşüncə Mərkəzinin prezidentliyə namizədi olacaq - AÇIQLAMA

İsa Qəmbər Milli Strateji Düşüncə Mərkəzinin prezidentliyə namizədi olacaq - AÇIQLAMA

7 Yanvar 2015, 12:38

2014-cü il iyunun 13-də Müsavat Partiyasının təşəbbüsü ilə Milli Strateji Düşüncə Mərkəzi (MSDM ) yaradılsa da, fəaliyyəti o qədər nəzərə çarpmır.

“Bu, ayrıca müstəqil qurumdur. Mərkəzin Müsavat Partiyası ilə bağlılığı onun sədrinin keçmiş başqanımız İsa Qəmbərin olmasıdır. 2018-ci ildə keçiriləcək prezident seçkilərində partiyanın namizədi olacaq İsa Qəmbəri həmin mərkəz də müdafiə edəcək”.

Bunu Modern.az saytına Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanı deyib.

Onun sözlərinə görə, MSDM-nin hazırda partiya ilə heç bir bağlılığı və fəaliyyətinə təsiri yoxdur: “Mərkəz öz fəaliyyəti ilə bağlı Müsavat Partiyası ilə məsləhətləşmir. O qurumun həftədə bir dəfə yığıncağı keçirilir. Müxtəlif mövzuda müzakirələr aparılır. Yəni, fəaliyyətləri səngiməyib, ictimaiyyətə mərkəzin həyata  keçirdiyi işlərlə bağlı məlumatlar da verirlər”.

Məltəm TALIBZADƏ

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?