Modern.az

“Exit-pol”çular MSK-ya sentyabrda müraciət edəcək

“Exit-pol”çular MSK-ya sentyabrda müraciət edəcək

26 Avqust 2010, 16:37

Mərkəzi Seşki Komissiyası noyabrda keçiriləcək parlament seçkilərində “exit-poll” sorğusu keçirmək istəyən qurumların iştirak ərizələrinə seçkilərə rəsmi start verildikdən sonra baxacaq. Bu barədə Modern.az saytına Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, indidən bu barədə danışmaq mümkün deyil. Qeyd edək ki, indiyə qədər yerli və beynəlxalq qurumlardan heç biri seçkilərdə “exit-poll” keçirmək istədiyini açıqlamayıb. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?