Modern.az

Zəngəzur dəhlizinin marşrutu: Xınzirək-Biçənək yolu

Zəngəzur dəhlizinin marşrutu: Xınzirək-Biçənək yolu

Qərbi Azərbaycan

11 Noyabr 2021, 23:52

Ermənistan Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan ötən gün ölkənin ictimai televiziyasına müsahibə verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qriqoryan Azərbaycanın qalan əraziləri ilə Naxçıvanı birləşdirəcək avtomobil yolunun keçəcəyi marşrut xətti barədə də danışıb.


"Əgər Azərbaycan Naxçıvanla əlaqə saxlamaq istəyirsə, Xınzirək-Biçənək yolundan istifadə etmək məqbuldur. Hazırda müzakirələr davam edir",- deyə Qriqoryan söyləyib.


Qeyd edək ki, Xınzirək kəndi Ermənistanın Gorus şəhəri yaxınlığında, Biçənək kəndi isə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisində yerləşir.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır