Modern.az

Yol Polisi piyadalara müraciət etdi

Yol Polisi piyadalara müraciət etdi

Hadisə

20 Sentyabr 2025, 10:20

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ümumi yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi məqsədilə tədbirlərini davam etdirir.

BDYPİ-dən Modern.az-a verilən məlumata görə, piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi, eləcə də yolun hərəkət hissəsinə qəfil və gözlənilməz daxil olmaları qəza riski yaradır:

"Xüsusilə magistral yollarda belə hərəkətlərə yol verilməsi çox zaman faciələrlə nəticələnir. Bu baxımdan piyadaların intizamlı davranışı və qaydalara ciddi riayət etməsi həyati əhəmiyyət kəsb edir.

Bütün bunlar nəzərə alınaraq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir, eyni zamanda yol hərəkəti qaydalarını pozaraq sürücülər üçün təhlükə yaradan piyadalar inzibati məsuliyyətə cəlb edilirlər.

Bir daha xatırladırıq ki, yol hərəkəti qaydalarının pozulması nəinki qanunvericiliklə məsuliyyət yaradır, həm də insanların həyatını təhlükə altına qoyur. Hər bir hərəkət iştirakçısından tələb olunur ki, yollarda intizamlı olsun və qaydalara ciddi riayət etsin".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?