Mövqeyimiz beynəlxalq hüquqa tam uyğun olduğu üçün Ermənistan Qərbi Azərbaycan mövzusunda razılaşmaya məhkumdur.
Modern.az xəbər verir ki, xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov "Mədəni irs və qayıdış hüququ” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
Əziz Ələkbərov jurnalistlərə verdiyi brifinqdə əlavə edib: "Azərbaycanın Qərbi Azərbaycan torpaqlarına dair mövqeyi haqlıdır və beynəlxalq hüquqa tam uyğun gəlir".
O vurğulayıb ki, Qərbi Azərbaycandakı mədəni-mənəvi irsə dönüş xalqımızın tarixi haqqıdır və bu proses ölkənin daxili hüquqi sistemi ilə də uzlaşır. Deputat əlavə edib ki, məsələnin həlli istiqamətində əsas maneə Ermənistan tərəfinin narazılığıdır və bunun xaricində ciddi bir əngəl yoxdur.
Cavid Zahidoğlu