Modern.az

Zəngəzur dəhlizinə ABŞ-nin nəzarəti RƏSMİLƏŞDİ

Zəngəzur dəhlizinə ABŞ-nin nəzarəti RƏSMİLƏŞDİ

Qərbi Azərbaycan

14 Yanvar 2026, 10:06

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsinin həyata keçirilməsi ilə bağlı bəyannamə imzaladılar.

Modern.az xəbər verir ki, bəyannamə Zəngəzur dəhlizinin fəaliyyəti ilə bağlı prosedurları müəyyənləşdirib. Belə ki, ABŞ-nin layihə nəzarət payı olacaq.

Sənədə əsasən, təşəbbüsü həyata keçirmək üçün TRIPP Development adlı şirkət yaradılacaq. ABŞ ilkin investisiya müqabilində şirkətin səhmlərinin 74%-ni alacaq. Ermənistan torpaqdan istifadə hüquqları və infrastrukturun payı ilə səhmlərin 26%-ni alacaq. Gələcəkdə Ermənistanın payının 49%-ə çatdırılması planlaşdırılır.

Şirkətə 49 il müddətinə eksklüziv inkişaf hüquqları veriləcək. TRIPP Development şirkəti Ermənistan ərazisindən keçən fasiləsiz multimodal tranzit marşrutlarından məsul olacaq. Marşrutlar Azərbaycanı Naxçıvanla birləşdirəcək və Transxəzər marşrutunun bir hissəsinə çevriləcək.

Layihəyə aşağıdakılar daxildir:
– dəmir yolu və yol infrastrukturu; - enerji marşrutları (neft və qaz boru kəmərləri); - fiber-optik şəbəkələr də daxil olmaqla rəqəmsal infrastruktur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır