Modern.az

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Qərbi Azərbaycan

14 Yanvar 2026, 13:16

Ermənistan baş naziri Nikol Paşinyan Naxçıvanla həmsərhəd Arazdəyən (Yerasx) kəndində gömrük və sərhəd terminallarının tikiləcəyini deyib. 

Modern.az xəbər verir ki, o bu barədə İrəvanda keçirilən "Ermənistan və dünya risklər və imkanların kəsişməsində" konfransında bildirib. 

Paşinyan həmçinin İcevan-Qazax hissəsində yeni infrastruktur həllərinin tətbiqini də istisna etməyib. Onun sözlərinə görə, Türkiyə sərhəddəki Armavir bölgəsindəki Marqara sərhəd keçid məntəqəsində bir , Şirakdakı Axurik keçid məntəqəsində isə başqa bir körpünün inşası gündəlikədir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır