"Ermənistan Rusiyanı hədəf almaq istəyir".
Modern.az xəbər verir ki, bu barədə Rusiya Dumasının deputatı Konstantin Zatulin deyib.
TRIPP layihəsi haqqında danışan Zatulin Ermənistanın baş naziri Nikol Paşinyanın dəmir yolu təmiri və TRIPP layihəsi ilə bağlı təşəbbüslərini tənqid edib.
Onun fikrincə, Paşinyan Rusiyanı layihəyə cəlb etməyə çalışır ki, sonra "Amma Rusiya buna razıdır", deyə iddia edə bilsin. Zatulin layihədə Moskvanın maraqlarının nəzərə alınmadığını deyib.
TRIPP layihəsinin 76%-i ABŞ-a, 24%-i isə Ermənistana məxsus olacaq. Zatulin vurğuladı ki, təşəbbüslər Rusiyanın və onun müttəfiqlərinin maraqlarına təhdidlərin qarşısını almaq üçün diqqətlə təhlil tələb edir.