Ermənistan "Tramp marşrutu" sazişinin layihəsi ilə bağlı müşahidələrini yaxın günlərdə ABŞ-la bölüşəcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə "hökumət saatı"nda bildirib.
O qeyd edib ki, hazırda layihənin texniki-iqtisadi əsaslandırılması üzərində iş gedir.
Saziş layihəsi iki ölkə hökumətləri tərəfindən təsdiq edilmiş çərçivə sənədinə əsaslanacaq.