Modern.az

Qərbi Azərbaycan həqiqətləri dərsliklərə salınmalıdır - Misir Mərdanov

Qərbi Azərbaycan həqiqətləri dərsliklərə salınmalıdır - Misir Mərdanov

Qərbi Azərbaycan

12 Fevral 2026, 15:50

Qərbi Azərbaycan həqiqətləri Azərbaycan dərsliklərinə salınmalıdır.

Modern.az xəbər verir ki, bu fikirləri sabiq təhsil naziri Misir Mərdanov “Bir elin manifesti: Qərbi Azərbaycan hekayələri” ümumrespublika hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində səsləndirib.

O bildirib ki, Qərbi Azərbaycan mövzusu orta məktəblərdə daha geniş şəkildə tədris olunmalıdır:

“Bu məsələ cənab Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Orta məktəb şagirdləri arasında ayrıca tədbirlər və ya müsabiqələr də keçirilməlidir. Mən təklif edərdim ki, Qərbi Azərbaycan İcmasının rəhbərliyi tərəfindən Azərbaycanın elm və təhsil müəssisələrində bu məsələlər nəzərə alınsın. Bugünkü gənclər Qərbi Azərbaycanın yüz illər ərzində üzləşdiyi hadisələrdən kifayət qədər xəbərsizdir. Bütün tarix kitablarında Qərbi Azərbaycan tarixinə ciddi yer verilməlidir”, - deyə M.Mərdənov qeyd edib.

Sizə yeni x var
Keçid et
DTX Mehdiyevlə bağlı sirləri açdı - Kimlər HƏBS OLUNACAQ?