Modern.az

Soydaşımız Ermənistanda polislərlə üz-üzə gəldi - VİDEO

Soydaşımız Ermənistanda polislərlə üz-üzə gəldi - VİDEO

Qərbi Azərbaycan

18 Fevral 2026, 15:43

Ermənistanda çəkdiyi videolarla diqqətləri üzərinə çəkən əslən Qərbi Azərbaycandan olan soydaşımız Rövşən Əhmədovun videoları sosial şəbəkələrdə yayılmaqda davam edir.

Modern.az xəbər verir ki, budəfəki paylaşımda görünür ki, erməni polislər doğma kəndlərində gəzintiyə çıxan həmyerlilərimizə - Rövşən Əhmədov və qardaşına yaxınlaşıb.

Videodan aydın olur ki, söhbət zamanı Rövşən Əhmədov polislərdən tanışlarının evi barədə polislərdən soruşub. Polislər isə bu barədə məlumat verməyiblər.

Xatırladaq ki, Rövşən Əhmədov bundan əvvəl İrəvanın mərkəzindən və Gümrüdən paylaşımlar edib. O, əslən Ermənistanın Amasiya rayonunun Öksüz kəndindəndir və 1980-ci illərin sonunda etnik təmizləmələr zamanı doğma yurdunu tərk edib. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı