Ermənistanda maqnitudası 2,7 bal olan zəlzələ baş verib. Zəlzələnin episentri Martuni şəhərindən 8 km cənub-şərqdə olub.
Modern.az Ermənistanın Milli Seysmoloji Xidmətin istinadən xəbər verir ki, zəlzələ ətraf ərazilərdə 3-4 bal gücündə hiss olunub.
Xatırladaq ki, Martuni şəhəri 1926-cı ilə qədər Aşağı Qaranlıq adlanıb və əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edib.