Modern.az

Rəsul Quliyev - Mənə 1 milyard rüşvət versələr ...”

Rəsul Quliyev - Mənə 1 milyard rüşvət versələr ...”

22 May 2013, 15:48

Azərbaycanın eks-spikeri, hazırda Amerikada mühacirətdə olan Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev siyasi mövqeyi ilə bağlı bəzi mesajlar verib. Haqqında gəzən söz-söhbətlərə toxunan R.Quliyev Modern.az-a açıqlamasında siyasi mövqeyinin heç dəyişilmədiyini, hətta bunun küllü miqdarda pul müqabilində olsa belə mümkün olmadığını deyib:

“Ümumiyyətlə, mən həyatda müəyyən bir kredo ilə yaşayan adamam. Onu heç vaxt nə prezident olmaq naminə, nə də 1 milyard rüşvət versələr belə dəyişmərəm”-deyə R.Quliyev bildirib.

Nəinki siyasi mövqeyinin, həmçinin xarakterinin bundan sonra belə dəyişilməyəcəyini deyən keçmiş parlament sədri siyasi mübarizəsini bundan sonra da davam etdirəcəyini deyib.

Anar RÜSTƏMOV 

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?