Modern.az

Bakıda Milad bayramı ərəfəsində dualar edilib – Fotoreportaj

Bakıda Milad bayramı ərəfəsində dualar edilib – Fotoreportaj

Reportaj

26 Dekabr 2025, 14:56

Dekabrın 24-də Bakıda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsində Milad Bayramının Ərəfəsinə həsr olunmuş ənənəvi Messa mərasimi keçirilib.

Modern.az-ın məlumatına görə, Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete tərəfindən icra olunan ibadətdə kilsənin ruhaniləri də iştirak ediblər. Messa zamanı Miladın mənəvi mahiyyəti, sülh, mərhəmət və insanları birləşdirən dəyərlər ön plana çəkilib.

İbadətdən əvvəl Müqəddəs Məryəm kilsəsinin nəzdində fəaliyyət göstərən bazar günü məktəbinin şagirdləri və icma üzvlərinin övladları tərəfindən bayrama həsr olunmuş bədii proqram təqdim edilib. Uşaqların ifaları mərasim iştirakçıları tərəfindən maraq və alqışla qarşılanıb.

Milad Ərəfəsi Messası müxtəlif millət və konfessiyalardan olan inanclıları bir araya gətirərək Bakıda dini tolerantlıq və multikultural ənənələrin davamlılığını bir daha nümayiş etdirib.

 

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi