Modern.az

Kəlbəcərdə 32 ildən sonra ilk dəfə Yeni il şənliyi - FOTOLAR

Kəlbəcərdə 32 ildən sonra ilk dəfə Yeni il şənliyi - FOTOLAR

Reportaj

30 Dekabr 2025, 10:58

Kəlbəcər rayonunda 32 ildən sonra ilk dəfə Yeni il tədbiri keçirilib.

Modern.az xəbəri verir ki, Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra ilk dəfə olaraq 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub.

Tədbir Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir çərçivəsində şəhərin birinci yaşayış məhəlləsində küknar ağacı bəzədilib, Şaxta baba və Qar qız uşaqlara hədiyyələr təqdim ediblər. Tədbirdə iştirak edə bilməyən uşaqlara bayram hədiyyələri çatdırılıb. (Mənbə APA)

 

Sizə yeni x var
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ