Modern.az

Azərbaycanın Venesueladakı səfiri kimdir? - FOTO

Azərbaycanın Venesueladakı səfiri kimdir? - FOTO

Reportaj

5 Yanvar 2026, 15:44

Bu günlərdə dünyanın diqqəti Venesuela Respublikasına yönəlib. Bunun əsas səbəbi ölkədə baş verən beynəlxalq siyasi-hərbi böhran fonunda Nikolas Maduronun Venesuela prezidenti postundan devrilməsidir.

Yanvarın 3-də ABŞ tərəfindən Venesuelaya qarşı böyük miqyaslı hərbi əməliyyat həyata keçirilib, nəticədə Nikolás Maduro zərərsizləşdirilərək Amerikaya aparılıb və həbs edilib. Bu, Venezuelanın daxilində və beynəlxalq səviyyədə böyük şok effekti yaradıb.
N.Maduronun yerinə vitse-prezident Delsi Rodrigez müvəqqəti prezident elan olunub. Bu sürətli siyasi dəyişiklik hələ ki daxildə və xaricdə gərginlik yaradır.

Qeyd edək ki, Venesuela Azərbaycanla diplomatik əlaqələri olan dövlətlərdəndir. İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin may ayının 12-də qurulub.

Modern.az-ın məlumatına görə, hazırda Azərbaycanı Venesualada səfir Ruslan Novruz oğlu Rzayev təmsil edir.


27 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Venesuela Bolivar Respublikasındakı səfiri Ruslan Rzayev etimadnaməsini həmin vaxt ölkə Prezidenti olan Nikolas Maduroya təqdim etmişdi.

Qeyd edək ki, Ruslan Novruz oğlu Rzayev həm də Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiridir. O, 19 avqust 2022-ci il tarixində Kubaya səfir təyin edilib.

Ruslan Rzayev bu iki ölkədən başqa, həm də Azərbaycan Respublikasının Dominikan Respublikasındakı akkreditə olunmuş səfiridir.

Azərbaycan Respublikasının Kuba Respublikasındakı Səfirliyi həm də Azərbaycanın Karib Hövzəsi Ölkələri Birliyi yanında Nümayəndəliyi kimi fəaliyyət göstərir.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ