Modern.az

Ermənistanda səs-küylü boşanma: uşaqlar kimdə qalacaq? - Cütlüyün FOTOLARI

Ermənistanda səs-küylü boşanma: uşaqlar kimdə qalacaq? - Cütlüyün FOTOLARI

Reportaj

Bu gün, 17:50

Ermənistanın Baş naziri Nikol Paşinyanla həyat yoldaşı Anna Akopyan 30 illik evlilikdən sonra ayrılıblar. Cütlük bu müddətdə rəsmi deyil, vətəndaş nikahında yaşayıb.

Ermənistan cəmiyyəti Paşinyan-Akopyan cütlüyünün boşanmasını müxtəlif prizmalardan müzakir edir. Bu müzakirələrdə səslənən suallardan da biri budur: uşaqlar kimdə qalacaq, onları necə böləcəklər?

Hələ ki tərəflər bu suala cavab verməyiblər.
 
Modern.az-ın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, Nikol Paşinyanla Anna Akopyan həm də tələbə yoldaşıdırlar. Onlar ilk dəfə 1991-ci ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika ixtisasında təhsil alarkən qarşılaşıblar.

“İlk dəfə auditoriyaya daxil olanda belə bir ad eşitdim - Nikol Paşinyan. O zaman Nikol mətbuatda çalışırdı. Hamı ondan danışırdı: müəllimlər, dekanlar, tələbələr. Sonra birinci kurs tələbəsi kimi mənə vacib bir tapşırıq verildi: qəzetə məqalə yazmaq. Məhz o vaxt Nikolun işlədiyi redaksiyaya getdim. Nikol mənə ilk baxışdan aşiq oldu, mən də ona”, - Anna Akopyan müsahibələrinin birində deyib.

Anna Akopyanın Nikol Paşinyandan 3 yaş kiçikdir, o, 1978-ci il, Baş nazir isə 1975-ci il təvəllüdlüdür.

Nikolla Anna həm də iş yoldaşı olublar. 1999-cu ildə Nikol Paşinyan gündəlik "Haykakan Jamanak" (“Ermənistan vaxtı”) qəzetini yaradıb, 2012-ci ilə qədər ona rəhbərlik edib. 2013-cü ildə baş redaktor vəzifəsini onun həyat yoldaşı Anna Akopyan tutub.

2018-ci ildə Anna Akopyan "Mənim addımım" və "Təbəssümlər şəhəri" xeyriyyə fondlarını təsis edib.

Anna ilə Nikolun izdivacından dörd uşaq dünyaya gəlib: oğlanları Aşot, qızları Mariam, Şuşanna və Arpine.

Aşot 2018-ci ildə hərbi xidmətinin bir hissəsini Qarabağdakı qanunsuz erməni birləşmələrində keçib.

Paşinyanla Akopyanın övladlarından heç biri hələ ailə qurmayıb.













A.Qorxmaz

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İslam dövlətinin NÜVƏ OBYEKTİ VURULDU - Yüzlərlə ölü var