Modern.az

Prezidentin yüksək vəzifə verdiyi general kimdir? - DOSYE

Prezidentin yüksək vəzifə verdiyi general kimdir? - DOSYE

Reportaj

Bu gün, 17:15

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Yaşar Allahqulu oğlu Əməşov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin birinci müavini vəzifəsinə təyin edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Yaşar Əməşova general-mayor ali hərbi rütbəsi verilib.

Yaşar Əməşov bu təyinatadək Milli Məclis Aparatı rəhbərinin müavini vəzifəsidə çalışırdı.

Modern.az saytı Yaşar Əməşovun qısa tərcümeyi-halını təqdim edir:

Yaşar Allahqulu oğlu Əməşov 1976-cı il noyabrın 3-də Cəlilabad rayonunda anadan olub.

1993–1997-ci illərdə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində, 2004–2008-ci illərdə Beynəlxalq hüquq fakültəsində təhsil alıb. 

1997-1998-ci illərdə Cəlilabadda orta məktəbdə müəllim işləyib.

1998–2000-ci illərdə Silahlı Qüvvələrin sıralarında zabit kimi həqiqi hərbi xidmət keçib.

2000–2004-cü illərdə Milli Məclis Aparatının məsləhətçisi, 2004–2006-cı illərdə böyük məsləhətçisi, 2006–2007-ci illərdə baş məsləhətçisi, 2007–2008-ci illərdə sektor müdiri, 2008–2018-ci illərdə şöbə müdirinin müavini vəzifələrində işləyib.

2018–2019-cu illərdə Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin, daha sonra İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin baş məsləhətçisi olub.

2019–2020-ci illərdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Milli Məclislə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb.

2020-ci ilin mayında Milli Məclisdə aparılan struktur islahatları çərçivəsində Yaşar Əməşov yeni yaradılmış Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.

O, informasiya təhlükəsizliyi sahəsində elmi-pedaqoji fəaliyyətlə məşğul olur və bu sahədə bir çox elmi məqalənin müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

3-cü dərəcə dövlət müşaviridir.

Azərbaycan, ingilis və rus dillərini bilir.

Evlidir, üç övladı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibə olmayacaq! - İsrail İranla razılaşdı - Gündəm Masada