Modern.az

MDB üzrə qadınların seksual aktivlik SİYAHISI açıqlandı - Azərbaycan xanımları 8-cidir

MDB üzrə qadınların seksual aktivlik SİYAHISI açıqlandı - Azərbaycan xanımları 8-cidir

6 Mart 2015, 16:12

MDB ölkələrində sekual baxımdan aktiv olan qadınların sayı hesablanıb. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, reytinq cədvəli “Demographic and Health Surveys” (DHS) metodikası ilə hesablanlıb və son 4 həftə ərzində heç olmasa 1 dəfə sekslə məşğul olduğunu etiraf edən qadınların cavabları əsasında müəyyənləşdirilib.

Bu sorğunun nəticələri və həmin ölkələrdə qadınların reproduktiv sağlamlığı ilə bağlı rəsmi tibb məlumatları əsasında Azərbaycan12 postsovet respublikası arasında 8-ci yeri tutub. Məlumata görə, Azərbaycan qadınlarının 53,4 faizi seksual aktivliyə malikdir.  

Siyahıya 64,7 faizlə Özbəkistan başçılıq edir. Rusiya qadınları seksual aktivliyinə görə 2-ci (62,1 faiz), ukraynalılar 3-cü (62 faiz), qazaxlar 4-cü (61,1 faiz), moldovalılar 5-ci (57,7 faiz), qırğızlar 6-cı (57,2 faiz), tükmən qadınları isə 7-ci (55,9 faiz) ən seksual aktiv qadınlardır.  

Erməni qadınları arasında seksual aktivlik 51,6 faiz, gürcü qadınlarında isə 47,7 faizdir.

Postsovet ölkələrinin qadınları arasında ən az seksual aktivlik göstəricisi Tackikistandadır (44,7 faiz).

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat