Modern.az

Zakir Həsənov gürcü nazirlə cəbhədəki vəziyyəti müzakirə etdi

Zakir Həsənov gürcü nazirlə cəbhədəki vəziyyəti müzakirə etdi

4 Aprel 2016, 11:31



Aprelin 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli ilə qoşunların təmas xəttində yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər.

Modern.az-ın məlumatına görə, danışıqlar zamanı xanım T.Xidaşeli Gürcüstanın daim Azərbaycanın ərazi bütövlüyünü təmin olunmasını dəstəklədiyini qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüququn normaları əsasında həll olunacağına ümid etdiyini bildirib.

General-polkovnik Zakir Həsənov dəstəyə görə Gürcüstan tərəfinə minnətdarlığını ifadə edib.

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...