Modern.az

Azərbaycanın ən böyük gənclər təşkilatı: “Ali Baş Komandanın əmrini gözləyirik”

Azərbaycanın ən böyük gənclər təşkilatı: “Ali Baş Komandanın əmrini gözləyirik”

Təhsil

4 Aprel 2016, 17:10

 

“Ölkəmizdə son bir həftə ərzində baş verən hadisələr  insanlarda ruh yüksəkliyi yaradaraq onların şüurunda ləyaqət hissini gücləndirir”. Modern.az xəbər verir ki, bu sözləri “İrəli” İB-nin sədri Mirhəsən Seyidov deyib.

O bildirib ki, gənclərimizin könüllü olaraq Müdafiə Nazirliyinə müraciət etməsi buna əyani sübutdur:

“20 faiz torpaqları işğal altında olan bir ölkə  üçün müharibə hər zaman gözlənilən bir haldır. Təbii ki, biz işğalçı dövlət olmadığımız üçün hər iki tərəf arasında sülh danışıqlarının aparılmasının tərəfdarı olmuşuq. Lakin bu istiqamətdə heç bir nəticə əldə etməməyimizin  ən başlıca səbəbi Ermənistanın danışıqlar prosesində destruktiv  mövqedən çıxış etməsidir. Hökümət olaraq yalandan  sülh tərəfdarları olduqlarını göstərməyə çalışsalar da alınmır. Cəbhə xəttində atəşkəsi pozma halları sülh tərəfdarları olmadıqlarını açıq göstərir”.

“İrəli” sədri qeyd edib ki, biz  hər an Ali Baş Komandanımızdan gələn əmri gözləyirik:

“Geri çəkilmək üçün çox gecdir. Biz  hər an Ali Baş Komandanımızdan gələn əmri gözləyirik. Tam əminliklə deyə bilərəm ki, belə güclü orduya sahib olan heç bir ölkə müharibədən çəkinməz. Azərbaycan nizam-intizama malik, ən müasir silahlarla təmin olunmuş modern bir orduya və əmr verildiyi andan etibarən  1 həftə ərzində Qarabağımızı azad etməyə qadir olan orduya malikdir.  Düşmən ordumuzun gücündən agahdır və qorxu içində hər an gələ biləcək hücumu gözləyirlər. Əsgərlərimiz, generallarımız, şahinlərimiz vətən qarşısında öz gücünü göstərməyə, ermənilərin hər birini məhv etməyə hazırdır. Düşmən hazır olsun, çünki Azərbaycan bayrağı  çox qısa bir vaxtda Qarabağda  ən uca zirvədə dalğalandırılacaq”. 

M. Seyidov müharibə yalnız cəbhə bölgəsində getmir deyərək, insanları sosial şəbəkələrdə aktiv olmağa səsləyib:

“Müharibə yalnız cəbhə bölgəsində getmir. Eyni zamanda sosial şəbəkələrdə də hər iki tərəf arasında  müharibə başlanılıb. Mən insanlarımızı  sosial şəbəkələrdə aktiv olmağa səsləyirəm.  Bacardığımız qədər fəal olaq, qarşı tərəfin yalan məlumatları dünyaya ötürməyinə səssiz qalmayaq”.

Modern.az
Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı