Modern.az

Cənubi Osetiya Rusiyaya birləşməyə hazırlaşır

 Cənubi Osetiya Rusiyaya birləşməyə hazırlaşır

Təhsil

4 Aprel 2016, 23:06

 

Gürcüstanda elan edilən separatçı Cənubi Osetiya Respublikası Rusiya ilə birləşmək niyyətindədir. Modern.az-ın xarici mediaya istinadən bildirir ki, Cənubi Osetiya rəhbəri Leonid Tibilov mövzu ilə əlaqədar olaraq verdiyi açıqlamada özü bu barədə Rusiya prezidenti Vladimir Putinə müraciət etdiyini və Putinin də bu məsələnin Cənubi Osetiyanı maraqlandıran bir daxili məsələ olduğunu söyləyib. Tibilov referendumun altı ay ərzində keçiriləcəyini də qeyd edib.

1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Gürcüstan müstəqilliyini qazanarkən, Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri Gürcüstandan ayrıldıqlarını elan edərək gürcü təhlükəsizlik gücləri ilə qarşıdurmaya girmişdilər. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən müharibədən sonra Rusiya rəhbərliyi, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq qərarı almışdı.

Modern.az

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...