Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfərini təxirə salmayıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, planlaşdırıldığı kimi Sergey Lavrov aprelin 7-də Bakıda Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşündə iştirak edəcək: "Bakıda keçiriləcək üçtərəfli görüşdə nazirin iştirakı təxirə salınmayıb. Nazirlər görüşdə Dağlıq Qarabağdakı vəziyyəti və münaqişənin nizamlanması yollarını müzakirə edəcəklər”.
Modern.az