Bir müddət öncə bahalaşan neft yenidən ucuzlaşmaqdadır. Modern.az xəbər verir ki, dünya bazarında neftin qiyməti bir qədər də ucuzlaşıb. Belə ki, Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin may fyuçersi 2, 75 faiz azalaraq bir barreli 35, 78 dollar olub.
İCE Futures London birjasında “Brent” markalı neft isə 2, 30 faiz azalaraq bir barreli 37, 78 dollardan satılıb.
Modern.az