
Xəbər verdiyimiz kimi ötən gün Azərbaycan ordusunun polkovnik rütbəli zabiti Raquf Orucov qəhrəmancasına şəhid olub. Əslən Ağdam rayonundan olan 1968-ci il təvəllüdlü zabit Tərtər istiqamətində gedən döyüşlərdə həlak olub.
Modern.az saytının məlumatına görə, şəhid Raquf Orucovun dəfn mərasimi bu gün Sumqayıt şəhəri 14 -cü məhəllədə keçiriləcək. Şəhid polkovnik son mənzilə buradan yola salınacaq.
Allah rəhmət eləsin...
