Modern.az

MDB-də islahatlar aparılacaq

MDB-də islahatlar aparılacaq

Təhsil

5 Aprel 2016, 10:23

MDB Xarici İşlər Nazirlərinin növbəti  Şura iclasında təşkilatda islahatların aparılması məsələsi müzakirəyə çıxarılacaq.

Modern.az saytının verdiyi xəbərə görə, bu barədə “Kommersant” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.   Məlumata görə, Qırğızıstan tərəfi reformaların tərəfdarı olsa da,  artıq bu ölkə MDB-də dağıdıcı rolda çıxış etmək istəmir.  

Qəzet yazıb ki, belə dəyişikliklərin təşəbbüskarı Qazaxıstandır.

Diplomatik mənbə deyib ki, Astana MDB-ni  bir-birini təkrar etməyən kompakt təşkilat halına gətirmək istəyir.  

Nəşr yazıb ki, Qazaxıstanın Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı şərh verməsə də, Astana MDB-ni gərgin regional problemlərin müzakirəsi meydanına çevirmək niyyətindədir.  

Söhbət əsasən, Ukrayna böhranı və Dağlıq Qarabağ münaqişəsindən gedir. 

Rusiya Xarici İşlər Nazirliyinin MDB Ölkələri üzrə 1-ci Departamentinin direktoru Mixail Yevdokimov bildirib ki, sözügedən qurumun təkmilləşdirilməsi üçün mərhələli şəkildə mümkün addımlar atmaq lazımdır.  

Aqşin KƏRİMOV  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı