Modern.az

Azərbaycana 3100 yük vaqonu gətirilib

Azərbaycana 3100 yük vaqonu gətirilib

Təhsil

5 Aprel 2016, 10:26

3100 yeni yük vaqonu ölkəmizə gətirilib. Bu haqda Modern.az saytına “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

O, qeyd edib ki, 2015-ci ilin mart ayında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşüb, “Uralvaqonzavod”dan 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb:

“Qısa zaman kəsiyində (on bir ay ərzirdə) vaqonların hamısı ölkəmizə gətirilib.

Bunlardan 400-ü qapalı, 400-ü platforma, 200-ü iritonnajlı konteyner daşıyan platforma, 1000-i yarımvaqon, 600-ü çən, 300-ü taxıldaşıyan, 100-ü xopper, 100-ü isə sement daşıyan vaqondur”.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi yeni vaqonların ilk qrupu 25 aprel 2015-ci ildə ölkəmizə gətirilib.

Gülşən RAUFQIZI

 

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı