Modern.az

“Kaspi”nin saytına xaker hücumu oldu

“Kaspi”nin saytına xaker hücumu oldu

Təhsil

5 Aprel 2016, 11:00

 

Aprelin 4-dən 5-ə keçən gecə kaspi.az saytına erməni xakerlər tərəfindən hücum olub. Bu barədə Modern.az-a qəzetin baş redaktoru İlham Quliyev məlumat verib.

Onun sözlərinə görə, xakerlər saytı dağıdıb, səhifələrdə guya Azərbaycana məxsus olan öldürülmüş əsgərlərin meyitlərini paylaşıblar. Saytın texniki heyəti tərəfindən dərhal hücumun qarşısı alınıb. Səhər saatlarında saytın fəaliyyəti bərpa edilib. Hazırda arxiv materiallarının bərpası istiqamətində işlər davam etdirilir.

Xatırladaq ki, kaspi.az saytı “Kaspi” qəzetinə məxsusdur. Sayt 3 dildə - Azərbaycan, ingilis və rus dillərində xəbərlər yayır. Sayt bir neçə gündür cəbhə bölgəsində gedən döyüşlərlə bağlı məlumatlar yayırdı. Hücumların da bununla bağlı olduğu ehtimal edilir.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı